10 Noyabrda tərəflərin imzaladığı Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edəcək dəhlizin qurulması qeyd olunur. Bu maddə Zəngəzur dəhlizi ideyasının təməli oldu. Bildiyimiz kimi 1920-ci ildə Şərur-Dərələyəzin, 1921-ci ildə isə Yuxarı Zəngəzurun Ermənistana verilməsi, 1929-cu ildə isə Ordubad və Zəngilan rayonlarının bir sıra əraziləri hesabına Mehri rayonunun yaradılması Azərbaycanla Naxçıvan arasında quru sərhədlərinin itirilməsinə səbəb olmuşdur. I Qarabağ müharibəsinə qədər Azərbaycan Ermənistan ərazisi hesabına Naxçıvanla əlaqə yaratsa da müharibədən sonra Naxçıvanla quru əlaqəsi tamamilə itirilmişdir ki, bu da Azərbaycan iqtisadiyyatı üçün böyük itkilərə səbəb olmuşdur. Yaradılacaq Zəngəzur dəhlizi Azərbaycan eyni zamanda Türkiyə iqtisadiyyatına çox şey qazandıracaq. Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək. Belə ki, Türkiyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan strateji dəhliz qazanaraq 3 milyardlıq əhaliyə sahib olan iri bazarın qapılarını özü üçün açmış və təbii ki, bu yolun Azərbaycandan keçməsi Azərbaycanın siyasi və iqtisadi nüfuzuna çox şey qazandırmış olacaq.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmanı “tarixi nailiyyət” adlandıraraq bunun Azərbaycan üçün gətirəcəyi naliyyətlərdən və layihənin reallaşdırılması planlarından geniş şəkildə ictimaiyyətə məlumat vermişdir, lakin qarşı tərəf yenə öz əqidəsinə sadiq qalaraq prosesin gedişinə müxtəlif yollarla maneə olmağa çalışır. Belə ki Ermənistanda qarşıdan gələn seçkilərlə əlaqədar Paşinyan layihənin həyata keçirilməsinə müxtəlif yollarla mane olmağa çalışır. Paşinyan Zəngəzur dəhlizi olursa qarşılığında “Naxçıvan dəhlizi” kimi mənasız tələbi irəli sürərək, İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə zorla həll edəcəyik” fikirini əlində bayraq edərək yenə öz böyük qardaşlarına ağlaşma quraraq Azərbaycan tərəfinin Ermənistan əraziləri üçün təhlükə yaratdığını əsaslandırmağa, bununlada layihənin həyata keçməsi prosesində maneələr yaratmağa çalışır. Ermənistan məğlubiyyətdən keçən müddət ərzində özünü dünyaya məzlum və hüquqları tapdalanmış bir xalq kimi göstərməklə, məğlubiyyətdən də yararlanmağı bacaracaq qədər məzlum və mənfur düşməndir. Bir neçə gün əvvəl artıq Amerika prezdentinin illərdir təxirə salınan “erməni soyqırımı” ifadəsini işlətməsi hadisələrin gedişi fonunda heç də təsadüfi deyildi. Ermənistan atdığı addımlarla bizi heç də təəccübləndirmir, çünkü qarşı tərəf öz xislətinə uyğun davranır, lakin qarşısında sözlərlə deyil, əməllərlə addım atacaq Azərbaycanın olduğunu unudur.
Əminəm ki, tezliklə məsələ Azərbaycanın xeyrinə həll olunacaq. Zəngəzur dəhlizi ideyası reallıq olacaq və bu bizə çox şey qazandıracaq, ən əsası biz o dəhlizdən istifadə etdikdə hər dəfəsində öz torpaqlarımızdan keçib getdiyimizi biləcəyik. İlham Əliyevin bu məsələdə qəti mövqeyi bizə bunu deməyə əsas verir. Azərbaycan tərəfi bütün prosesləri hüquqi əsaslarala aparmağa çalışır. Keçən zaman bizə bizdən başqa çarə olmadığını dəfələrlə sübut edib, odur ki, Tanrı xalqımızı, qəhrəman ordumuzu qorusun.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli