Zəngəzur bu gün Ermənistan Respublikasını təşkil edən digər ərazilər kimi tarixi Azərbaycan ərazisi olub. Çoxsaylı tarixi mənbələr, eləcə də müxtəlif səyyahların ölkəmiz barədə qeydləri Zəngəzurun türklərin qədim yurd yerlərindən biri olduğunu göstərir. Zəngəzurun çoxsaylı türk mənşəli toponimləri də buranın türklərin yaşadığı tarixiAzərbaycan ərazisi olduğunu sübut edir. Eyni zamanda Zəngəzur toponimi özüdə Azərbaycan türkcəsindədir. Belə ki, “addakı «zəngi» etnonimdir, türk tayfa adıdır. Bir çox yer adlarında bu səlcuqların, oğuzların izləri yaşayır. Məsələn, Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli və b. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və b.-nın əsərlərində oğuz tayfalarından birinin «zəngi» tayfası olduğu yazılıb.
Eyni zamanda Zəngəzurun türk mənşəli toponimləri də bu bölgənin qədim türk yurdu və Azərbaycan ərazisi olduğunu sübut edir. “Zəngəzurdakı toponimlərdən danışarkən, qeyd etmək yerinə düşərdi ki, bu bölgədəki yer-yurd adlarının 90%-ə qədəri türk-müsəlman mənşəlidir. Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. İçoğuz tayfaları bu dağlarda məskən salmış, yaşamış, mübarizə aparmışdır. Bütüntürk xalqlarının qəhrəmanlıq eposu sayılan "Kitabi Dədə Qorqud"dakıhadisələrin çoxu bu ərazilərdə baş vermiş və tarixin daş yaddaşında, insanların qanvə gen yaddaşında bu günə qədər öz əks-sədasını qoruyub saxlamışdır.
Ərazi müəyyən fasilələrlə e.ə. IV əsrdən b.e. VIII əsrinə qədər Alban dövləti və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Sacilər, Salarilər dövlətlərinin, XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrdən etibarən Səfəvi dövlətinin tərkibində olmuşdur.
XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının Qarabağ generalqubernatorluğunun tərkibindəki qəzalardan biri olmuşdur. Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilmiş bölgədə, XX əsrin əvvəllərində 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
Türk Dünyasını birləşdirmə baxımından əsas strateji əhəmiyyətə malik olan Mehri rayonu da Azərbaycanın Zəngəzur bölgəsinin digər rayonları kimi əsasən azərbaycanlıların ərazisi olmuşdur. Türkmənçay müqaviləsindən sonra ermənilər İran və Osmanlı ərazisindən Azərbaycana köçürülməsi və edilən qanunsuz demoqrafik dəyişikliyə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mehrinin əsas əhalisi azərbaycanlılardan ibarət olub. XX əsrin əvvəllərində Mehri rayonunda 23 azərbaycanlı kəndiolmuşdur. 1918-20-ci illərdə daşnak silahlı dəstələrinin hücumuna məruz qalmışazərbaycanlı kəndlərinin hamısı dağıdılmış, kənd əhalisi qəddarlıqla qətləyetirilmişdir. Mehri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubiAzərbaycana qaçmış, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüşlər.Sovet hakimiyyəti illərində Mehri rayonundakı azərbaycanlı kəndlərindəndoqquzu ləğv edilmiş, yaxud erməniləşmiçdir (Buğakar, Vahravar, DüzqıĢlaq,Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təşkil etdiyi halda, 1988-ci ildəMehri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi,Nüvədi) mövcud olmuşdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarındayaşayan azərbaycanlılar kimi, Mehri rayonunun azərbaycanlı əhalisi də öz tarixiyurdlarından vəhşicəsinə qovulub çıxarılmışlar.
1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Lakin 1920-ci il 28 aprel çevrilişindən sonra yaradılan Azərbaycan SSR hökuməti Sovet Rusiyasının mübahisəli elan etdiyi Zəngəzur bölgəsini nəzarətdə saxlaya bilmədi. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın başlıca məqsədi onun mərkəzi bəndində öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur Sovet Ermənistanın tərkibinə keçir.Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı. 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı. Bölgəni Azərbaycanla yalnız “Bakı-Noraşen” dəmiryol xətti əlaqələndirirdi. Zəngəzurun Azərbaycanda qalan
hissəsində isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri, Ermənistan tərəfindən işğal edildi, həmçinin həmin dəmiryol xətti qeyri-işlək vəziyyətə salındı.
Azərbaycanın Vətən Müharibəsində qələbəsi, torpaqlarımızın azad edilməsi ilə, həmçinin 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Azərbaycanın yenidən qəsb edilmiş tarixi torpağı Zəngəzura qayıdışı gündəmə gəlib. Zəngəzurun qəsb edilərək Ermənistana ilhaqı təkcə Azərbaycanla Naxçıvanı deyil, ümumiyyətlə Türk Dünyasının parçalanmasına və Türkiyənin Azərbaycan və Türküstanla ərazi cəhətdən ayrılmasına səbəb olmuşdur. Zəngəzurun Azərbaycana qaytarılması, ən azından Zəngəzur dəhlizinin açılışı tarixi ədalətin bərqərar edilməsi ilə təkcə Azərbaycanı Naxçıvan və Türkiyəyə birləşdirmir, ümumiyyətlə Türk Dünyasını birləşdirəcək. 2020-ci il 10 noyabrBəyanatı və onun 9-cu bəndi Zəngəzura qayıdış üçün zəmin yaradıb. Eyni zamanda, cari ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir. Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni "arteriya'' əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məsələn, bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.
Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə arasındakı siyasi problem üzündən, Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Başqa sözlə, Moskva Yerevanla iqtisadi əlaqələrinə bu maneəni də aradan qaldıra bilər.
Amma Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: o təxminən 30 il davam etdirdiyi qonşulara təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir. Ermənistan iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, yeganə yol regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə, bu ölkədə işsizlik, mühacirət və yoxsulluq davam edəcək. Bu halda Ermənistan təbii ki, uzunmüddətli iqtisadi inkişaf perspektivlərindən məhrum olacaq.
Pezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında Zəngəzur dəhlizi məsələsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu vurğulayaraq bildirib: "İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik!"
Ramana qəsəbəsi Rixard Zorge adına 90 nömrəli
tam orta məktəbin tarix müəllimi Məhsəti Səfəri Azad qızı