Əsrlərdir ki, erməni qəsbkarlarının Azərbaycana qarşı işğalçılıq və təcavüzkar siyasəti yalnız on minlərlə insanlarımızın qətli, itkin düşməsi , əsir götürülməsi, əlil olması ilə deyil, habelə dəyərlərimizə qarşı vəhşilikləri ilə səciyyələnir.
İllər idi ki,işğal altında saxladıqları Qarabağımızda və ətraf ərazilərimizdə mənəvi dəyərlərimizə qarşı vəhşiliklər törədirdilər. Beynəlxalq humanitar qaydaların belə ziddinə hərəkət edərək işğal altında olan ərazilərdə yerləşən müqəddəs abidələri, o cümlədən məscidləri dağıtmaqla, onları təhqiredici formada istifadə etməklə qeyri- insani məqsədlərini həyata keçirirdilər.Məscidlərimizdə İslamda haram sayılan donuzlar saxlayır, öz çirkin əməllərini həyata keçirməkdən çəkinmirdilər.Bu da İslam irsinə qarşı erməni vandalizminin təsdiqi idi.Onların törətdikələri vəhşiliklər təkcə Azərbaycana qarşı deyil, həm də İslam dünyasına,ümumiyyətlə,insanlığa qarşı törədilən vəhşilikdir.
Azərbaycanın maddi- mədəniyyət nümunələrini, habelə tarixi- dini abidələrini məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi idi.Onlar Azərbaycana məxsus ərazilərdə ekoloji terror törətməkdən belə çəkinmirdilər.
30 il sonra...Düşmənin təxribat xarakter daşıyan hərəkətlərinə dözməyən Azərbaycan adekvat cavab verdi. 44 gün əzm, cəsarət nümayiş etdirdi.Nəhayət, düşmən tapdağında olan torpaqlarımız rəşadətli ordumuz və ona başçılıq edən prezident İlham Əliyevin köməyilə öz tarixi sahibinə qaytarıldı.II Qarabağ müharibəsi xalqımızın zəfəri ilə bitdi.Azərbaycan xalqı 30 ildə kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı qarşısında çökdürərək ona havadarlıq edən ölkələrə tarix, hüquq, hərb dərsi keçdi.
Müharibə ərəfəsində Azərbaycan dövlətinin daim yanında olan, hər zaman ona öz mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə oldu.Müharibənin ilk günlərindən - 27 sentyabrdan Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan mənəvi dəstək verərək" Azərbaycan tək deyil, Azərbaycanın yanındayıq.Azərbaycan nə deyərsə, o olur" kimi mesajları Azərbaycanı bir az daha qələbəyə yaxınlaşdırdı.Türkiyə cümhurbaşqanının ,eləcə də digər türk rəsmilərinin dəstək xarakterli bəyanatlarının qələbəmizdə payı var.Hər qələbəmizdə bizi təbrik edən və yanımızda olan qardaş xalqın dəstəyini özəlliklə hiss edir, ondan güc alırdıq.Tarix boyu xalqımız bunu unutmayacaq, möhkəm əlaqələrlə düşmənə çəpər olacaq.
30 il əsirlikdən azad olan torpaqlarımızdan bizi heç kim tərpədə bilməyəcək. Bundan sonra da bütün ərazilərimizdə üçrəngli bayrağımlz dalğalanacaq. Azərbaycan xalqının bu Zəfər tarixi bütün yüzilliklər boyu daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcəkdir.
Qarabağ bizimdir, Qarabağ AZƏRBAYCANDIR!
Bakı şəhəri, Sabunçu rayonu
68 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri
Aynurə Piriyeva