Hər bir dövlətin milli mənafeyini ön planda tutan, xalqın problemlərini göndəmə gətirən müxalifətə ehtiyac var. Əslində müxalif siyasi qüvvələrin mövcudluğu həmin ölkəyə fayda gətirməli, dövlətin inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm rol oynamalıdır.
Ölkəmizdə əsas müxalifət partiyaları arasında siyasi ideologiya və yanaşma ilə bağlı fərqlilik yoxdur. Bu partiyalar siyasi fəaliyyətlərinin seçki proqramları və ideoloji yanaşmadan daha çox partiya liderinin fərdi keyfiyyətləri əsasında qururlar. Bunun əsas səbəbi əsası Sovetlər birliyi dövründə 1980 – ci illərin sonlarında əsas aparıcı müxalif qüvvə olan və müstəqil Azərbaycan dövlətinin ilk illərində hakim partiya olan Xalq Cəbhəsi əsasında qurulub. Azərbaycanın siyasi mənzərəsində üstünlük təşkil edən partiyalar mərkəz sağ və milliyyətçi ideologiyalara sahib olan partiyalardır. Ölkəmizdə siyasi sahədə əsas üstünlük hakim partiyaya məxsusdur.
Ümumilikdə ölkəmizdə qeydiyyata alınan partiyaların sayı 50 – dən çoxdur. Bu partiyaların çox az hissəsi siyasi sahədə fəaldır. Ən böyük partiya ölkə prezidenti İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasıdır. Ölkədə Yeni Azərbaycan Partiyasından başqa ən çox tanınan partiyalar Musavat, Xalq Cəbhəsi, Liberal Partiyası və Demokrat partiyasıdır.
Müxalifət partiyaları arasında ən böyük dəstəyə malik partiyalar Musavat və Azərbaycan Xalq Cəbhəsi partiyasıdır. Əslində, bu iki partiya bir dəfə Azərbaycanda hakimiyyətə gəliblər.1992- ci ildə silah gücünə iqtidara gələn AXC – Musavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədilər. Bu cütlüyün yarıtmaz hakimiyyəti ölkənin istər daxili, istərsə də xarici siyasətində özünü qabarıq biruzə verirdi.
Daxili siyasətlərinə nəzər yetirsək görərik ki, ölkənin mövcud iqtisadi əlaqələr qırılmış, müəssisələrin istehsal gücü azalmış, milli gəlirin 1/3 – i müharibə xərclərinə sərf olunurdu. Ən məhsuldar torpaqlarımız düşmən əlinə keçmişdir. Yeni idarəçilik mexanizmi işləmirdi, iqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi, işsizlik sürətlə artırdı. Məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi.
Xarici siyasət sahəsində AXC – Musavat hakimiyyəti ciddi qüsurlara yol verdi. Böyük dövlətlərin iqtisadi və siyasi maraqlarına əsaslanan dünya siyasətini düzgün qiymətləndirmədi. Hökümətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də narahat etdi. Mərkəzi Asiyanın türk dövlətləri ilə aparılan siyasət də uğursuz oldu.
Bu millətçilik siyasəti uğursuz oldu. Bütün bunlar Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanın beynəlxalq aləmdən dəstək almasına, təcavüzün siyasi yollarla aradan qaldırılmasına mane oldu. İqtidarın zəif xarici siyasəti və erməni lobbisinin səyi nəticəsində ABŞ Konqresi 1992 –ci ilin oktyabrında Azərbaycanı güya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı Müdafiə Aktı” na Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907- ci düzəlişi qəbul etdi.
Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. Azərbaycan ordusunda isə hərbi texnika çatışmamazlığı, silahlı qüvvələrin başçılarının Ali Baş Komandana tabe olmaması, vaxtsız və hazırlanmamış hərbi əməliyyatlar silahlı qüvvələrimizin məğlubiyyətinə səbəb olurdu.
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirməyə çalışan “sərkərdələr” 1992- ci ilin sonu 1993 –cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az
sonra isə Ağdərə bölgəsindən çıxardılar. Ağdərə - Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. Kəlbəcərin itirilməsi plkədə siyasi böhranı dərinləşdirdi və AXC – Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı. Bu zaman hakimiyyət uğrunda AXC – nin öz daxilində, əvvəlki iqtidarın əlaltıları və Rusiyaya xidmət edən ayrı – ayrı şəxslər və qruplar arasında mübarizə genişləndi.
1993 – cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış – Muğan Respublikası” yaratmağa çalışırdı. Seperatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal – şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq xülyasına düşmüşdülər. Sürət Hüseynovun başçılıq etdiyi hərbi qiyamın qarşısını almaq üçün hakimiyyət Gəncəyə hərbi qüvvə yeritdi, ölkə vətəndaş müharibəsi həddinə çatdı. Son anda iqtidar kömək üçün Heydər Əliyevə müraciət etdi. 1993- cü il iyunun 9- da xalq öz xilaskarına qovuşdu. Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək, hərbi müxalifəti zərərsizləşdirməyə nail oldu.
1993 – cü il iyunun 15 – də Heydər Əliyevin Hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının taleyində yeni bir səhifə açıldı. Azərbaycan xalqı bu tarixi “Qurtuluş Günü” kimi qeyd etməyə başladı.
AXC – Müsavat cütlüyü 1993 – cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu.Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı başa düşürdü ki, bu hakimiyyət Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var – dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən insanlar arasında AXC- Müsavat cütlüyünə qarşı nifrət və innamsızlıq mövcuddur. Elə bunun təzahürüdür ki, 1993- cü ildən bu günə qədər keçirilən bütün prezident seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanır. Çünki, 1993 – cü ildən bugünədək Azərbaycan çox dəyişib və inkişaf edib. Həm Ümummilli liderimiz Heydər Əliyevin, həm də onun layiqli davamçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib və respublikamız regionun lider dövlətinə çevrilib.
Ali Baş Komandanımız İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində ordumuz yenidən təşkil oldu və gücləndi. Bununlada beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi il qısa müddətdə - 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində erməni silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Torpaqlarımız işğaldan azad olundu.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin Tarix müəllimi Şahnaz Quliyeva