Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin rəisi Lətafət Hacıyeva - Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir
Müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşının güvəndiyi və qürur mənbəyi olan Azərbaycan Ordusu, fəxr edirik ki, dünyanın 50 ən güclü ordu sırasındadır. Azərbaycan Ordusu bu səviyyəyə yalnız böyük Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində gəlib çatmışdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə ümummilli liderin tarixi xidməti nəticəsində yaranmış C.Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.
ğtişaşlar, qarşıdurmalar yaratmaq kimi qeyri-sivil və antikonstitusion əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Əgər tarixə nəzər yetirsək, ötən illərdə keçirilmiş əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktların şahidi olarıq.
Azərbaycan cəmiyyətində radikal müxalifətə nə yer var, nə də inam. Ona görə də radikal düşərgə öz iddialarına çatmaq üçün antiazərbaycançı dairələrlə işbirliyinə girir, onlarla çox həvəslə əməkdaşlıq edir. Bu gün respublikamıza qarşı düşmən və bədxah mövqedə dayanan, uğurlu neft strategiyamızı, iqtisadiyyatımızın dinamik inkişafını, regionun lider, əsas söz sahibi olan dövlətinə çevrilməyimizi gözü götürməyən kifayət qədər xarici dairələr var. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər.
Hakimiyyətdə olduğu məlum keçmişi ilə xalqın etimadından birdəfəlik məhrum olan, əsl müxalifət imicini itirən bu düşərgə özünün "nicat yolunu" yalnız qarşıdurmalarda iğtişaşlar törətməkdə görür və bunun üçün hətta antiazərbaycan mövqedə dayanan xarici dairələrlə əməkdaşlıq edir. Sirr deyil ki, Azərbaycanın son bir neçə ildə keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xüsusən, ermənipərəst mövqedə dayanan, o cümlədən müsəlman dünyasının tərəqqisində maraqlı olmayan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar. Bu dairələrin təhriki ilə müxtəlif vaxtlarda dövlət çevrilişi üçün edilən cəhdlər ölkəmizdə məhz xalq-hakimiyyət birliyi nəticəsində iflasa uğrayıb.
Digər dövlətlərdə baş vermiş məlum hadisələrin Azərbaycanda təkrarlanması üçün heç bir əsas yoxdur və heç vaxt da olmayacaq. Buna baxmayaraq radikal müxalifət sərsəm iddialarla cəmiyyətdə müxtəlif rəylər formalaşdırmağa cəhd göstərir. Təbii ki, bu cür cəhdlərin heç bir səmərəsi olmayacaq. Çünki cəmi bir illik iqtidarları dövründə Müsavat və AXCP kimi partiyalar özlərini elə tanıdıblar ki, Azərbaycan cəmiyyəti bir daha o nlara etimad göstərməyəcək.
Bu gün ölkəmiz müharibə şəraitində olmağına baxmayaraq inkişaf tempinə görə dünya dövlətləri arasında seçilir. Xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi ilə əlaqədar öz qətiyyətli mövqeyi ilə cənab İlham Əliyev ermənistanı küncə sıxışdırıb.
Artıq çıxılmaz vəziyyətdə olan düşmən 2020-ci iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.Hər bir azərbaycan vətəndaşı belə bir şəraitdə prezidentimizə,dövlətimizə dəstəyini əsirgəməməli,müxalif qüvvələrin provakasiya xarakterli çağırışlara uymamalıdır.

Abbas Aranlı