Bir xalqın başında aqil, mötəbər,
Tədbirli bir başçı durmasa əgər,
O xalqı qurd nədir, tülkülər yeyər.
Qədim zamanlarda türk xalqları dünyaya yayılmış, geniş ərazidə məskunlaşmışlar. Onlar vətənpərvərliyi, mərdliyi ilə yaddaşımızdan silinməyiblər. Belə tarixi şəxsiyyətlərə Manası, Alpamışı, Babəki, Şah İsmayılı, Cavad xanı misal göstərmək olar. Onlar bütün ömürlərini vətənə, xalqa həsr etmiş, vətənin azadlığı uğrunda mübarizə aparmışlar. Belə tarixi şəxsiyyətləri tarix heç vaxt unutmayacaq, onlar xalqın yaddaşında yaşayacaqlar.
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağırdır. Biz bilirik ki, xalqın ən böyük gücü onun ordusudur. “Güclü dövlətin güclü ordusu olmalıdır” .
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Əfsus ki, 1920-ci ilin aprel işğalından sonra Milli Ordu ləğv edildi.
Tarixdə ayrı-ayrı dövlətlərə başçılıq edən hökmdarlardan heç də hər biri geniş xalq kütləsinin nüfuzunu qazanmamış, tarixi şəxsiyyətlərə çevrilə bilməmişdir. Görkəmli Azərbaycan riyaziyyatçısı Nəsirəddin Tusi yazırdı: “ Hökmdarlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdarlar ölkənin həkimi yerində olmalıdır”. Vətənimiz Azərbaycanın, xalqımızın tarixində belə əvəzsiz xidmətləri olan həqiqi liderlərdən biri də “Canım, varlığım qədər sevdiyim Azərbaycan mənim vətənimdir” müdrik kəlamının müəllifi Heydər Əliyevdir. Xalqına müstəqil, azad bir dövlət qurmaq ideyasında olan Heydər Əliyev güclü bir ordu yaratdı. Heydər Əliyevin əsas məqsədi ölkədə birlik yaratmaq idi. O bilirdi ki, birlik olan yerdə dirilik də olar. Bunun üçün özü kimi igid, qəhrəman oğulları bir yerə toplayıb milli ordumuzu yaratdı. Vətən keşiyində dayanan igid oğullarımız Heydər Əliyevin, vətən oğlunun, el ağsaqqalının onlara verdiyi əmrə sadiq qalaraq bizi qoruyurlar.
Müstəqil Azərbaycan inamlı, doğru əllərə etibar edilib. Dahi şəxsiyyət elə etmişdir ki, ölümündən sonra da yoxluğu hiss edilməsin. Nə xoş varisinə ki, sələfi ona böyük varidatını əmanət edib. Nə xoş bizə ki, varisi onun yolunu layiqli davam etdirir.
“Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur” deyənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi ordunun güclənməsində də böyük işlər görmüşdür.O anlayırdı ki, müharibə şəraitində olan bir ölkənin güclü nizami ordusunun olması əsas şərtdir. Hal-hazırda Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Müstəqil Azərbaycan Respublikasının döyüş qabiliyyətli , çevik, konkret strateji və taktiki məsələləri həll etməyə qadir olan ordusu vardır. İlham Əliyev ağır yaramız olan, qaysaq tuta bilməyən, daima sızlayan, sızladıqca ürəyimizin tellərini titrədən bir guşəmizi, Qarabağımızı xilas etmək üçün hər cür vasitəyə əl atmış, müxtəlif görüşlər keçirmişdir.
“Biz tarixi ədaləti bərpa edəcəyik, öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur”. O bu sözləri hər çıxışında deyirdi. Xalqımız müdrik rəhbərə arxalandı və nəhayət, xalqın ümidi boşa çıxmadı. Ali baş Komandan və güclü ordumuz bir yumruq kimi birləşərək, düşünülmüş addım ataraq üzdəniraq qonşumuz olan və insanlığa, ləyaqətə sığmayan işlərlə məşğul olan ermənilərə layiqli cavab verdilər.Müharibə müddətində şücaətli ordumuz dərin zəkası, güclü siyasəti, yüksək hərbi keyfiyyətlərinə sahib Ali Baş Komandanın tapşırıqlarını, hazırladığı hərbi strategiyasını əzmlə, yüksək peşəkarlıqla reallaşdırdı. Silahlı qüvvələrimiz elə müharibənin ilk günündən erməni ordusuna qarşı yeni müharibə üsulunu ortaya qoydu. Yeni texnologiyalar, pilotsuz uçuş aparatları, artilleriya,yeni strategiyalar, fasiləsiz təchizat düşməni mat qoydu. Hərbçilərimiz 44 günluk müharibə ərzində dəmir iradə nümayiş etdirərək fədakarlıqla, dolu bir əqidə ilə meydana atıldılar. Müzəffər ordumuz hədəfinə çatdı. Hərbi yolla torpaqlarımız geri alındı. Vətəndaşlarımızın pozulmuş hüquqları bərpa olundu. Ordumuz öz gücünü bütün dünyaya nümayiş etdirdi.Bu, Azərbaycan xalqının inamı, birliyi, Ali Baş Komandanın səyi, tükənməz enerjisi, vətəninə olan ölçüyəgəlməz məhəbbəti, Azərbaycan əsgərinin şücaəti, peşəkarlığı sayəsində oldu. Məhz Azərbaycan əsgərinin sayəsində dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, əyilməz, yenilməz bir xalqdır. Bu, tarixi faktdır, tarixi həqiqətdir, haqq yolunda qələbəmizdir. Bu bizim, AZƏRBAYCAN ORDUSUNUN qələbəsidir!
Qoy gələcək nəsillərimiz bir-birindən uğurlu gələcək illərdə milyonların dayağı, arxası olan prezidentimizin yolunu həmişə uca tutsunlar! Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizi ürəklərində yaşatsınlar! “EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA! YAŞASIN AZƏRBAYCAN!”
Maştağa qəsəbəsi, 28 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Lumuxanım Əsgərova