Qarabağ zəfəri Azərbaycana həm mənəvi, həm də iqtisadi baxımdan çox şey qazandırdı. İlk öncə tarixin sübut olunmuş faktlarından olan müharibədə uduzan xalqın mənəvi əksiklik və əzginlik psixologiyasını qalib xalq və qalib ordu teoremi əvəz etdi. I Qarabağ müharibəsindən keçən 30 il ərzində Azərbaycan tarixi qayıdışın planını hazırladığını müharibənin gedişində ordumuzun hazırlıq səviyyəsi və çevikliyi ilə, müharibə bitdikdən sonra isə azad olunmuş ərazilərin bərpası və Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində Qarabağ regionunun infirasturukturlarının düzgün dəyərləndirilməsi və mərhələli quruculuq tədbirlərinin həyata keçirilməsi ilə sübuta yetirdi. Cənab İlham Əliyev öz çıxışlarında və Qarabağa olan səfərlərində Ermənistan tərəfinin insanlara qarşı törətdiyi cinayətlərlə yanaşı regiona mədəni və iqtisadi cəhətdən vurduğu böyük ziyanlardan bəhs etmiş və tezliklə Azərbaycan tərəfinin adaptasiya prosesini hərtərəfli şəkildə həyata keçirəcəyini vurğulamışdır. Qarabağ regionun adaptasiyası bir neçə istiqamətdə aparılır, çünkü region özlüyündə hər bir sahədə zənginliyi ilə seçilir. Mədəniyyət və turizim sahəsində böyük potensial imkanlara malik olan Qarabağ nahaq yerə Azərbaycanın mədəniyyət beşiyi adlandırılmır. Təssüflər olsun ki, buradakı mədəniyyət abidələri və binalar erməni vandaliziminin qurbanı olmuşdur. Artıq prezident İlham Əliyev Şuşa şəhərinin öz tarixi memarlıq xüsusiyyətləri saxlanılmaqla bərpa olunması barədə xüsusi göstəriş verib. Şuşaya tarixi səfəri zamanı prezidentin Azərbaycanın mədəniyyət xadimləri Üzeyir Hacibəylinin, Xurşidbanu Natavanın və Bülbülün erməni vandalizminin qurbanı olmuş heykəllərini öz tarixi yerlərinə qaytarması mədəniyyətin də bu yerlərə qayıtdığından xəbər verir. Eyni zamanda səfər zamanı uzunluğu 101.5 km olan və sentyabıra qədər bitirilməsi nəzərdə tutulan yolu prezident rəmzi olaraq “ Zəfər yolu “ adlandırmışdır. Türkiyənin MHP-nın sədri Dövlət Bahçeli Şuşanın memarlıq üslubu nəzərə alınmaqla burada orta məktəb müəsisəsinin açılması ilə bağlı müraciət etmişdir. Bu artıq Şuşanın türk mədəniyyətinin ortaq simvoluna çevrilməsindən xəbər verir. Şuşa ilə yanaşı regionun digər bölgələrinin də yüksək turizim imkanları var. Kəlbəcərdə yerləşən İstisu bulaqları, eləcə də digər müalicəvi bulaqlar, zəngin bitki örtüyü, meşə sahələri, məşhur su hövzələri turizim potensialını gücləndirir. Azərbaycanın Naqasakisi adlandırılan Ağdam bir zamanlar regionun ən inkişaf etmiş şəhəri olduğu halda indi erməni vəhşiliyinin qurbanına çevrilərək dünya jurnalistlərinin diqqət mərkəzindədir. Regionun mədəni bərpası həyata keçirilərkən dünyaca məşhur Qarabağ xalaçaları və atları da öz sözünü deyəcək sahələrdəndir.
Qarabağın xammal və yeraltı sərvətlər baxımından çox zəngin region olması Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirəcək. Rəsmi hesablamalara görə Qarabağda yerləşən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqlar mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır. Aparılan hesablamalara görə həmin ərazilərdəki qızıl ehtiyyatının 132,4 ton olması müəyyənləşdirilmişdir. Bütün bu sadalanan sərvətlərin Azərbaycan iqtisadiyyatının sirkulyasiyasına daxil olduqdan sonra iqtisadi artımda olan fərq özünü göstərəcək. Təbii ki keçən 30 il ərzində qarşı tərəf regionun sərvətlərini talamış, hətta İsveç, Fransa və Rusiya şirkətlərinə də regiondan qanunsuz olaraq istifadə etməyə icazə verilmişdir. Artıq Azərbaycan tərəfi bu məsələlərlə bağlı araşdırmalar aparır və bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində həlli planlaşdırlır. Müharibənin bitməsi ilə xarici şirkətlər regionda pay sahibi olmağa və Azərbaycanla tərəfdaş olmağa can atmağa başladılar. Prezidentin regiona səfəri zamanı qardaş ölkənin şirkətlərinin artıq regionun quruculuq işlərində yaxından iştirak etdiyinin şahidi olduq. Təbi ki regionun inkişafı zamanı tərəfdaş olduğumuz ölkələrə daha çox üstünlük veriləcək.
Qarabağ elektirik enerjisi resursu baxımından da önəmlidir. Beləki regionda yerləşən Sərsəng və Xudafərin SES-ləridən ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasıda və azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadəsi nəzərdə tutulub. Eyni zamanda regionda “Azercell Telecom“ MMC şirkəti mobil infirasturukturların tikintisinə başlamışdır. “Nar“ və “Bakcell” şirkətlərinə hazırlanan xüsusi layihələrə əsasən fəaliyyət planı müəyyənləşdirmişdir.
Qarabağın işğalı ilə Azərbaycanın 1.7 milyon hektar əkinə yararlı torpağı işğal altına düşmüş və kənd təsərrüfatına da böyük ziyanlar dəymişdir. Region azad edildikdən sonra kənd təsərrüfatı üçün çox əlverişliliyi ilə seçilən bu ərazilərin yeyinti sənayesinin inkişafına verəcəyi töhfələr danılmazdır. Artıq azad olunmuş müəyyən ərazilərdə buğda əkinlərinə başlanılmışdır. İqtisadi ekspertlər hansı sahələrin inkişafının daha əlverişli olacağı ilə bağlı xüsusi hesablamalar aparır və bu torpaqlar müxtəlif növ bitki məhsullarının becərilməsi üçün əlverişlidir.
Böyük Qayıdışın ən önəmli tərkib hissələrindən biri insanların bu ərazilərə qaytarılması prosesinin təşkili və regiona qaytarılan insanların lazimi həyat şəraiti ilə təmini ilə bağlıdır. Azərbaycan Respublikası artıq bu məsələ ilə bağlı da xüsusi qayıdış planı hazırlayıbdır, təbi ki qayıtma və yerləşdirmə prosesi prezident İlham Əliyevin də dediyi kimi etaplarla və mərhələli şəkildə həyata keçiriləcək. Prezident İlham Əliyev Qarabağdan olan köçkünlərə müraciət edərək köçürülmə prosesinin könüllülük prinsipi ilə olacağını açıqlamışdır. Ən çox çətinlik yaradan məsələlər isə regionun həddindən çox minalanması və təmizləmə işlərinin vaxt alması, eyni zamanda yaşayış infirasturukturlarının tamamilə məhv edilməsidir. Bütün bunlar Azərbaycan iqtisadiyyatına milyonlarla dollar ziyan vurmuşdur. Lakin regionda həyat şəraiti bərpa olunduqdan və 1 milyondan çox qaçqın və köçkünlərin yerləşdirilməsi prosesi həyata keçirildikdən sonra Bakı və digər bölgələrdə yaşanan insan artıqlığının aradan qalxmasına, ən əsası insanların öz tarixi ata-baba yurdlarına qovuşmasına səbəb olacaq.
Qarabağın qayıdışı Azərbaycan iqisadiyyatına çox şey qazandıracaq, bu danılmazdır, lakin Preziden İlham Əliyevin Almaniyanın ARD kanalına verdiyi müsahibə zamanı jurnalistin səslənirdiyi “ Qarabağ sizin üçün niyə belə önəmlidir? orda resurslar var? ya bu elə-belə simvolik məna daşıyır? “ sualına İlham Əliyevin verdiyi cavabda deyildiyi kimi əsas resurslar Bakıda cəmləşib, Qarabağ Azərbaycan üçün milli qürur və ədalətin bərpası idi. Azərbaycan artıq dünyada iqtisadi baxımdan öz sözünü deməyi bacarmış ölkələrdən biridir. Bu müharibədə qazandığımız ən böyük qələbə milli qürurumuzun, özgüvənimizin, xalqımıza və ordumuza olan inamımızın bərpası idi. Xalqımız üçün açılan bu yeni yolun hər sahədə bizə çox naliyyətlər qazandıracağına ümid edirik, çünkü o torpaqların hər bir qarışı Azərbaycan oğullarının qanı və dəmir yumruğu hesabına qazanılıb. Qarabağ Azərbaycandır!
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli