Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərinə görə həmişə digər dünya ölkələrinin diqqət mərkəzində olmuşdur. Mənbələrin yazdığına görə, 11 iqlim qurşağının 9-u Azərbaycanda yerləşir. Bu qonşu dövlətlərdən olan nankor ermənilər üçün ürəkaçıcı mənzərə olmadığına görə onlar həmişə bunun hirsini yaşamalı olub. XVIII əsrdən etibarən süfrəmizin qırağında oturub çörəyimizi yeyən erməni mənfurları bununla kifayətlənməyib, zəngin təbiəti olan torpaqlarımıza göz dikiblər. Erməni işğalçıları 30 il torpaqlarımızı öz əsarəti altında saxlasalar da, ərazi bütövüyümüz igid oğullarımızın şücaəti nəticəsində işğaldan azad olundu. Bu günlər hər bir azərbaycanlı böyük qürur hissilə Vətənimizin bütövlüyündən danışır. Artıq “gün o gün olsun ki” misrası ilə başlayan cümlələr realığa çevrildi. Qarbağa qayıdış nəinki qaçqın və məcburi köçkünlərin, həmçinin bütün xalqın ən ümdə arzusu idi. O arzu ki bir vaxtlar çoxlarına əlçatmaz idi. Bu sevinci isə bizə yaşadan Ümummilli liderimiz Heydər Əliyevin varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu.
Qarabağ torpaqları hər zaman Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları azad edildikcə iqtisadi inkişaf xüsusi diqqət mərkəzindədir. Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi təqdirəlayiq uğurdur. Əhalisinə görə dünyada 90-cı, ərazisinə görə 114-cü ölkə olan Azərbaycanda baş verən son tarixi hadisələr digər dövlətlər üçün bir həyat dərsidir. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olub. 27 sentyabrda Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 il müddətində yaratdığı müdafiə səddi yarılaraq xalqa Qələbə sevincini yaşatdı. Beləliklə, Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə və düşmən üzərində üstünlüyə çevirməyi bacardı. İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var və ölkədə bu sahədə böyük işlər görülür, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılması təmin edilir. 2016-cı ilin aprelində olan hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - “Böyük qayıdışın başlanğıc nöqtəsi” oldu. Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamlar nəticəsində Cocuq Mərcanlı kəndi az müddət ərzində müasir yaşayış məntəqəsinə çevrildi. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə sosial xidmət baxımından daha yüksək səviyyədə təmin olunub. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpasına başlanılıb. Indi ölkəmizdə həyat yenidən, bambaşqa bir abi-hava ilə canlanır. Bunun üçün ilk növbədə, azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulub yaşayış maksimum səviyyədə təmin ediləcək. “Böyük qayıdış” Azərbaycan dövlətini dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya çıxaracaq.
Azərbaycan Prezidentinin müxtəlif məzmunlu çıxışları böyük qayıdışın başlandığını, tarixi dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bəyan edir. Bu isə qalib Prezidentin ətrafında sıx birləşən, onun düzgün hərbi-siyasi taktika və strategiyasını dəstəkləyən xalqımıza güc verir, onların tarixi torpaqlarına tez bir zamanda qayıdışına hər kəsdə böyük inam hissi yaradır. Dövlət başçımızın ailəsi ilə birlikdə Şuşaya səfəri işğaldan azad olunmuş torpaqlarımızda təhlükəsizliyin bərqərar
olmasını dünyaya göstərən bir mesajdır. Bu, həm də tarixi Qələbəmizin parlaq nümunəsi kimi qiymətləndirilir. Dövlət başçımız xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ bilmələri üçün Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyaraq, beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində işlərə başlanılmasına dair göstərişlər verdi. Azərbaycanın digər şəhərlərindən Şuşaya rahat gediş-gəliş üçün şərait yaradılır, hətta ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa edilməsi planlaşdırılır. Bütün bu planların həyata keçirilməsi nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyət daşıyır. Prezidentin azad edilmiş əzəli və əbədi ata-baba torpaqlarımıza qayıdışını sürətləndirməyə xidmət edəcək Qarabağa Dirçəliş Fondunu yaradılması ölkəmizin müasir turizm mərkəzinə çevrilməsində böyük rol oynayacaq. Dövlət başçısının qeyd etdiyi kimi, “Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib.”
Şuşada “Xarı Bülbül” beynəlxalq festivalının və Vaqif poeziya günlərinin yenidən bərpa olunması ölkəmizin regionlarında mədəni dəyərlərin təbliği məqsədini daşıyacaq. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək və regionun qısa müddətdə turizm mərkəzinə çevrilməsi üçün maddi-texniki bazanın yaradılması əsas prioritet məsələyə çevriləcək. Bütün bu dünyamiqyaslı işlərin yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə həyata keçiriləcək.
Maştağa qəsəbəsi, 28 nömrəli məktəbin
UBT rəhbəri Nərmin Abbasxanova