Beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxdı

Beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxdı Azərbaycan kikboksçusu Ehram Məcidov azadlığa çıxıb.
Report.az xəbər verir ki,bu barədə beşqat dünya çempionunun dostları sosial şəbəkədə yazıblar.

Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.

Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Oxşar xəbərlər