Abşeronda sevgilisini öldürən qadına HÖKM OXUNDU

Abşeronda sevgilisini öldürən qadına HÖKM OXUNDU Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə prosesi başa çatıb.
Apa xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Xırdalan sakini, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin kişinin sevgi münasibətində olduğu Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub, hadisəni törətməzdən bir müddət əvvəl işdən çıxıb. G. Qasımova ailəli olub.

Oxşar xəbərlər