Bakıda qadını zorlamaqda təqsirli bilinən iki avtobus sürücüsündən biri Tacəddin Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Cinayət məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalovun məhkəmə iclası hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilib. Prosesdə kassasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib. Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib. Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib. Bundan sonra sürücülər Sahibəni zorlayıblar. Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib.