“Ellips” gecə klubunun sahibi həbs olundu

“Ellips” gecə klubunun sahibi həbs olundu İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.

Bakı şəhər prokurorluğunun mətbuat xiddmətindən “minval.info”ya daxil olan xəbərə görə, araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilmiş və zəruri istintaq hərəkətləri aparılıb.

D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər