Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq etməkdə təqsirləndirilən Saleh Şahverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Ölkə.Az”ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Şahverdiyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, S.Şahverdiyev 2017-ci il oktyabrın 10-u sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər" restoranına gəlib. O, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev S.Şahverdiyevə məkanda spritli içki içməyin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. Daha sonra S.Şahverdiyev konyak şüşəsini F.Ağayevin boyun nahiyəsinə vuraraq ona zərbə endirib.
Restorandan çıxarılan S.Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə yetib və hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. S.Şahverdiyev A.Alıyevi də bıçaqlayıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən S.Şahverdiyev özünü təqsirli bilmədiyini deyib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.