Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir
Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.
ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var.
Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Şəki rayon Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var. Şəki rayon Şöbəsinə rəis təyin edilən Azər Muradov qısa vaxt ərzində şəhərdə cinayətkarlıqla mübarizədə öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Şəki rayon Polis Şöbəsinin şəxsi heyəti bu gün Azər Muradovun rəhbərliyi ilə rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.
Azər Muradov bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Azər Muradova böyük etimad göstərir. Bu gün Azər Muradov cənab nazir Vilayət Eyvazovun tapşırığı əsasında var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldur.
Şəki rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, Şəki rayonunda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son 8 ay ərzində Şəki rayonunda törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb.
Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Azər Muradov hələ Xəzər rayon Polis Şöbəsində işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu. Son aylarda onun rəhbərliyi ilə Şəki rayonubda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər qısa vaxt ərzində saxlanılaraq istintaqa təhvil verilib.
Azər Muradovun xidmətləri sayəsində bu gün Şəkidə insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Şəkidə polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Şəkidə iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.