Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə, Mingəçevir şəhər Polis şöbəsinin rəisi Polis Polkovniki Teymur Hacıyev “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ölkənin hüquq-mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri, çəkisi və zaman-zaman qazandığı uğurlar var.
Azərbaycanda dövlətçiliyinin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının böyük xidmətləri var. Keçmiş Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Mingəçevir şəhər Şöbəsinə rəis təyin edilən Teymur Hacıyev qısa vaxt ərzində şəhərdə cinayətkarlıqla mübarizədə öz sözünü deyib. Şərəfli xidmət yolu keçən Mingəçevir şəhər Polis Şöbəsinin şəxsi heyəti bu gün Teymur Hacıyevin rəhbərliyi ilə rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsi üçün əhəmiyyətli işlər görür.
Teymur Hacıyev bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Çünki, keçmiş Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov Teymur Hacıyevə böyük etimad göstərərək onu bir rayonun polis rəisindən digər rayona polis rəisi təyin etmışdır. Bu gün Teymur Hacıyev cənab nazir Vilayət Eyvazovun tapşırığı əsasında var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldur.
Mingəçevir şəhərində polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, Mingəçevir şəhərində ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində son 7 ay ərzində Mingəçevir şəhərində törədilən cinayət hadisələrinin səbəbi isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, eləcə də rayonda kriminal hadisələrin sayı xeyli azalıb.
Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Teymur Hacıyev hələ Zərdab rayon Polis Şöbəsində işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu. Son aylarda onun rəhbərliyi ilə Mingəçevir şəhərində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər qısa vaxt ərzində saxlanılaraq istintaqa təhvil verilib.
Teymur Hacıyevin xidmətləri sayəsində bu gün Mingəçevirdə insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Mingəçevirdə polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Mingəçevirdə iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.