SSRİ-nin keçmiş rəhbərinin oğlu vəfat etdi

SSRİ-nin keçmiş rəhbərinin oğlu vəfat etdi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov dünyasını dəyişib.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, 85 yaşında vəfat edib. S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır.

S.Xruşşov sovet, Amerika və Rusiya publisisti idi. O, “soyuq müharibə”nin tarixi üzrə mühazirələrin oxunması üçün ABŞ-ın Braun Universitetinə dəvət edilmişdi. S.Xruşşov həmçinin Braun Universitetinin Tomas Uotson Beynəlxalq Tədqiqatları İnstitutunun professoru kimi işləyirdi.report

Oxşar xəbərlər