ABŞ 8 mayda İranla imzalanmış nüvə sazişində çıxmasından sonra, 1987-ci ildə keçmiş SSRİ ilə imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan da imtina etməyə hazırlaşır.
Sputnik xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlamasında bildirib.
O, Rusiyanın bu sazişə əməl etmədiyini əsas gətirərək sazişdən çıxacaqlarını söyləyib.
“Barak Obamanın (ABŞ-ın sabiq prezidenti – red) bu məsələni niyə müzakirə etmədiyini və müqavilədən çıxmadığını başa düşə bilmirəm. Müqavilədən çıxacağıq. Çünki bu silahları daha da təkmilləşdirməyimiz lazımdır”.
Rusiya tərəfindən verilən ilk reaksiyada isə bu açıqlama “Çox təhlükəli addım” dəyərləndirilib.
Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.