Konqo Demokratik Cümhuriyyətində ebola virusu səbəbindən 4 nəfər vəfat edib.
“Haber Global”a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Adhanom Qebreyesus artıq ebolanın yenidən yayılmağa başladığını açıqlayıb.
Xatırladaq ki, iki həftə əvvəl ölkədəki son ebola xəstəsinin də müalicə edildiyi açıqlanmış və 42 günlük gözləmə müddəti elan edilmişdi.
Qeyd edək ki, Konqoda 2018-ci ilin avqustundan etibarən bu günə qədər 3314 nəfər ebola virusuna yoluxub, onlardan 2025 nəfər ölüb.
Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Ebola çayı yaxınlığındakı Nzara və Yambuku şəhərlərində başlayıb.
2013-cü ildən etibarən isə Qərbi Afrikada yayılmağa başlayıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə 30 min insan ebolaya yoluxub və onlardan 11 min nəfər ölüb.
Virusun əsas əlamətləri yüksək hərarət, halsızlıq, ishal, mədə ağrısı, iştahsızlıq və daxili qanaxmadır.