Dünyada 10 milyondan çox insan COVID-19 yoluxub — İDDİA

Dünyada 10 milyondan çox insan COVID-19 yoluxub — İDDİA Avstraliyanın baş sanitar-epidemioloji həkimi Brendan Merfi, dünyada 10 milyona qədər insanın koronavirusa yoluxduğunu iddia edir.
O, açıqlamasında deyib:

"Ehtimal edirəm ki, COVİD -19 virusuna yoluxanların sayı açıqlanan statistikadan 5-10 dəfə çoxdur”.

Qeyd edək ki, ABŞ-dakı Cons Hopkins Universiteti dünyada 1 milyondan çox insanın koronavirusa yoluxduğunu açıqlayıb.

Xatırladaq ki, Avstraliyada koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib, onlardan 27 nəfər vəfat edib.

Oxşar xəbərlər