Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu — FOTO

Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu — FOTO Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu
Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.
APA bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Oxşar xəbərlər