Yol polisi rəisinin oğlu qəza törətdi - Yaralananlar var + Foto

Yol polisi rəisinin oğlu qəza törətdi - Yaralananlar var + Foto Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi “Hyundai” markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəsi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. (Report)

Yol polisi rəisinin oğlu qəza törətdi - Yaralananlar var + Foto
Yol polisi rəisinin oğlu qəza törətdi - Yaralananlar var + Foto


Oxşar xəbərlər