Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA

Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA “Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.

Oxu.az xəbər verir ki, açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə təcili tibbi yardım maşınında sərnişin daşınmasına dair yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.

Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.


Oxşar xəbərlər