Təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi - Azərbaycan səhiyyəsində RƏZALƏT (VİDEO)

Təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi - Azərbaycan səhiyyəsində RƏZALƏT (VİDEO) Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib.

Unikal.org xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ''VAZ-21011'' markalı köhnə avtomobildə gəliblər. Onlar uşağı elə həmin köhnə avtomobillə xəstəxanaya çatdırıblar.

Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib.

Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimin mövqeyini öyrənmək mümkün olmadı. Xəstəxanadan Criminal.az saytına bildirildi ki, baş vermiş hadisə araşdırılacaq.

Həmin görüntüləri təqdim edirik:



Oxşar xəbərlər