Təhsil naziri vətəndaşlara müraciət etdi

Təhsil naziri vətəndaşlara müraciət etdi AzTV-nin efirində çıxış edən nazir müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib:
"Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz - bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Oxşar xəbərlər