Ötən gün Nazirlər Kabinetinin operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Nəticədə koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılıb.
Qarşıdan Novruz bayramı gəlir və bununla əlaqədar paytaxtın bir sıra yerlərində kütləvi tədbirlər keçiriləcək. Bu isə öz növbəsində narahatlığı bir az da artırır. Nəzərə alaq ki, martın 16-dək teatr tamaşaları da təxirə salınıb.
Maraqlıdır, bayramla əlaqədar şəhərdə planlaşdırılan kütləvi tədbirlər də təxirə salına bilər? Ümumiyyətlə, bununla bağlı müzakirə aparılırmı?
Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bununla bağlı heç bir müzakirə aparılmır: “Müzakirələr aparılmayıb, yenilik olsa, xəbərdar edərik”.