
Ermənistan KİV xəbər verir ki, Paşinyan Ermənistan və qondarma rejimin Milli Təhlükəsizlik Şurasının birgə iclasını keçirəcək.
İclasda Qarabağda son vaxtlar qeydə alınan qeyri-döyüş itkiləri, xüsusən intiharların sayının artması, həmçinin, martın 31-də keçiriləcək qondarma “prezident və parlament seçkilər”ində sabitliyin qorunması müzakirə olunacaq.
Paşinyanın səfərinin dəqiq tarixi təhlükəsizlik məqsədi ilə açıqlanmasa da, bunun fevralın son 10 günlüyündə baş tutacağı vurğulanıb. /Modern.az/