99 saylı Şəmkir kınd seçki dairəsində saxtakarlığın xüsusi üsulları tətbiq olunur.
Bununla bağlı Bizimyol.info xəbər portalına həmin dairədən deputtalığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Tural Zeynalov məlumat verib. Onun sözlərinə görə, məntəqələrdə səsvermyə gələnlərin sayı ilə bağlı müşahidəçilərin və komissiyanın rəqəmləri arasında fərq var: "Seçki komissiyası səsverməyə gələnlərin sayını süni şəkildə artırıb. Bunu təsdiq edən videoçəkilişlərimiz də var".
Tural Zeynalov deyir ki, yerli bələdiyyə sədri məntəqədə müşahidəçilərə və hətta deputatlığa namizədə təzyiq göstərib, guya məntəqə komissiyasının qadın üzvlərini təhqir etməkdə günahlandərəb: "Halbuki o bələdəiyyə sədrinin, ümumiyyətlə, səsvermə məntəqəsinə gəlib səs verməkdən başqa halda daxil olması və müdaxilı etməsi qanunsuzluqdur. Müşahidəçilərin normal şəkildə fəaliyyət göstərməsinə mane olublar. Bundan başqa səsvermənin nəticələrinə də müdaxilə edilib. Komissiya üzvlərindən biri ayağa durub səslərin sayılması zamanı ayağa qalxıb divara keçərkən qəsdən elektrik düyməsinə toxunur və otağın işıqlarını söndürür. Bu zaman əvvəlcədən hazırlanmış və masanın altına qoyulmuş bülletenlər masanın üstündəkilərə qarışdırılır. Bütün bu və başqa bu kimi saxtakarlıqları sübut edən videoçəkilişlərimiz var".
Tural Zeynalov deyib ki, pozuntularla bağlı materialları və şikayət məktubunu Mərkızi Seçki Komissiyasına hələ fevralın 11-dən göndərib, ancaq 7 gün ərzində bu məktub MSK-ya "çatmayıb: "Düşünürəm ki, rayon icra hakimiyyıəti şikayət məktublarının Bakıya getməsini əngəlləyir. Ancaq mən Bakıya gəlib bütün materialları Mərkəzi Seçki Komissiyasına təqdim etdim. Görək nə olur?!".
Videoçəkilişdən məlum olur ki, məntəqə komissiyasınn sədri bülletenləri kisəyə doldurub müşahidəçilərin nə baş verdiyini görə bilməyəcəyi məsafəyə aparır. Komissiya üzvü isə həmin vaxt guya təsadüfən işığı söndürür.