Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.
Trend xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc isə 3,12% səs toplayıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.