Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.
Qafqazinfo xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.
Bildirək ki, H. Rəcəbli ilə H. Mirələmov 65 ildir ki, dostdurlar. Hər iki şəxs orta məktəbdə bir oxuyub. Onların parta arxasından başlayan dostluğu Milli Məclisin iclas zalına qədər davam edib. Belə ki, hər iki şəxs 3 çağırış bir stol arxasında əyləşiblər.
H. Rəcəbli mətbuata müsahibələrində Mirələmovla dostluğu barədə maraqlı fikirlər də söyləyib:
“Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur. Anam Hüseynbalaya “böyük oğlum” deyərdi. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub. Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib. Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.
Sosial şəbəkədə isə hamı bu dostluqla bağlı “Bir başladılar, bir getdilər” deyir...
Qeyd edək ki, Hadı Rəcəbli 5 çağırış, Hüseynbala Mirələmov isə 3 çağırış deputat olub.