Kirayə mənzillər belə olacaq — VİDEO

Kirayə mənzillər belə olacaq — VİDEO Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı idi. Ancaq sayta daxil olanların çoxluğu səbəbindən elektron müraciətləri qeydə almaq mümkün olmayıb.
İpoteka və Kredit Zəmanət Fondunun ötən gün elektron müraciətləri qəbul etməli olduğu elektron sistem çökdü və vətəndaşlar prosesi icra edə bilmədilər.

Mövzu ilə bağlı “Xəzər” TV süjet hazırlayıb.

Məsələ ilə bağlı açıqlama yayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib:
“Aylıq ödəmələrin dəyəri yaşayış sahəsinin dəyərindən və kirayə müqaviləsinin müddətindən asılı olaraq dəyişir”.

Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirir ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır.

Ramil Tahirovun sözlərinə görə, adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizmdə sonda mənzil vətəndaşın özünə qalır. Ancaq adi kirayədə xərclənən pullar heç nə ilə əvəzlənmir.


Oxşar xəbərlər