Yağ adı altında yediyimiz kimyəvi qatqılar — Yağ alarkən necə aldadılırıq? - VİDEO

Yağ adı altında yediyimiz kimyəvi qatqılar — Yağ alarkən necə aldadılırıq? - VİDEO Marketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?
Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB sədri: "Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad istehlakçılar birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən".

Sakin: "1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil".

İsa Əliyev - Qida mühəndisi: "Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil. Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır".
Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.

Eyyub Hüseynov - AİB sədri: "2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur".

İsa Əliyev - Qida mühəndisi: "Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam".

Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır...


Oxşar xəbərlər