PSJ-nin sahibi daha bir məşhur klubu alır

PSJ-nin sahibi daha bir məşhur klubu alır PSJ-nin sahibi Nassir Əl-Xəlifə daha bir futbol klubunu satın almağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, 45 yaşlı qətərli iş adamı bu dəfə İngiltərəyə üz tutub. Belə ki, o, ölkənin məşhur klublarından birini – hazırda “Çempionşip”də çıxış edən “Lids”i satın almağı planlaqdırır.

Nassir Əl-Xəlifənin “Lids”in sahibi Andrea Radrizzanini Çemionlar Liqasında “Brügge” ilə keçirdikləri oyuna dəvət edib. 5 milyard avrodan artıq sərvəti olan qətərli iş adamının İngiltərə klubu üçün etdiyi təklif açıqlanmır.

Qeyd edək ki, “Lids” klubu 1019-cu ildə yaradılıb. Bu ilin 17 oktyabrında 100 yaşını qeyd edən eyniadlı şəhərin təmsilçisi indiyədək Premyer Liqanın (3 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (1), ölkə Super Kubokunun (2) qalibi olub, 1974/75 mövsümündə Çempionlar Liqasında final oynayıb.

Marselo Byelsanın başçılıq etdiyi “Lids” hazırda “Çempionşip”də çıxış edir. Komanda cari mövsümün 16 turundan sonra 31 xalla 2-3-cü pillələri bölüşür.

Oxşar xəbərlər