“Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır — Deputat

“Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır — Deputat Azərbaycanda iqtisadiyyatının rəqabət qabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə “Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır.
Bunu millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir.

“İqtisadiyyatın bir sahəsi olan kənd təsərrüfatı sahəsində aparılan tədqiqatlara görə inkişaf etmiş ölkələrdə 1960-cı ildə 1 fermer orta hesabla 26 insanı "yedizdirirdi". Daha sonra baş verən Biotexnoloji inqilab nəticəsində artıq 2017-ci ildə 1 fermer 155 insanı "yedizdirməyi" bacardı.
Hazırda baş verən Rəqəmsal inqilab nəticəsində 2050-ci ildə 1 fermer 250 insanı "yedizdirməyi" bacaracaq. Ciddi məhsuldarlıq artımı və s hesabına.
Nəzərə alsaq ki, Azərərbacanda fermerlər əsasən insanları qida məhsulları ilə təmin edirlər, onda ümumi hesablamalara görə hazırda ölkədə 1 fermer 30 insanı "yedizdirir". Müqayisə üçün, Ukraynada 1 fermər cəmi 10 insanı "yedizdirə" bilir”, - deyə deputat qeyd edib.

Deputatın fikrincə, bu rəqəmlər bir daha göstərir ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə “Rəqəmsal İqtisadiyyat”ı inkişaf etdirmək lazımdır.

Oxşar xəbərlər