Televiziya reklamları bazarı çökür

Televiziya reklamları bazarı çökür Televiziya reklamı üçün ayrılan büdcə aşağı düşür. "Pivotal Research"un məlumatına görə, bunun səbəbi rəqəmsal marketinqin yüksəlişi və fayda-xərc nisbəti baxımından uğuru deyil.
“AZTB.info” “milli.az”a istinadən xəbər verir ki, hesabatda, həmçinin vurğulanır ki, reklam bazarının nəhəng oyunçularının on ildən çoxdur bu flatformaya ayırdıqları büdcə gedərək azalır.

Televiziya reklam bazarı pulu küçəyə atmış kimi görünmək istəməyən marketoloqlar arasında meydana gələn pessimistlikdən ötürü "can çəkişir".

Əslində, televiziya reklam xərcləri bu ilin üçünçü rübündə gözlə nəzərəçarpacaq dərəcədə düşüb.

Simsiz texnologiyanın inkişafı, televiziya proqramlarının qeyd etmə metodlarının yaranması, insanların çox zaman başlarını "ağıllı" telefonlarından qaldırmadıqlarını nəzərə aldıqda, bu azalma heç də təəccüblü deyil.

"Pivotal Research"ün analtiki Brian Wieser tərəfindən yayımlanan hesabata görə, media istehlakçı vərdişlərinin dəyişməsi və televiziyanın reklam büdcəsinin enməsinin tək səbəbi texnologiya və marketinq komandasının reklam büdcəsini daha çox internetə ayırması deyil.

Hesabat burda əsil səbəbin televiziya reklamçılığına on illərdir pul ayıran nəhəng firmaların uzun bir müddətdir daha az qaynaq axtarışından meydana gəldiyini vurğulayır.

"Amazon"un təsiri ilə alt üst olan nəhəng pərakəndəçilər ilə evdə hazırlanan pivə qarşısında böyük sıxıntılar yaşayan nəhəng pivə markaları ilə sağlam qidalanmağın önə çıxmasıyla əvvəlki cazibəsini itirən ətirli içkilər və qəlyanaltı brendləri bunun ən nümunəsi kimi ortaya çıxır.

Hesabat açıqladığı statistik rəqəmlər ilə televiziya reklamındakı enmənin əsl səbəblərini konkret bir şəkildə ortaya qoyur.
Hazırkı dövrdə, beynəlxalq televiziya reklam xərclərində 2%-lik, yerli televiziya kanallarında isə 6%-lik enmə müşahidə edilib. Ümumi tendensiyaya baxdıqda, televiziyanın ümumi reklam xərclərindəki payı 31%-dən 29%-ə düşüb. Bu da hər il 4%-lik enməyə səbəb olur.

Bir sözlə, televiziya reklam xərclərinin azalmasının əsl səbəbi bu bazarı daim nəzarətdə saxlayan nəhəng markaların zəif pozisiyada olması ilə bağlıdır. Bu da reklam xərclərini, ya təkrəqəmli artıma, ya da azalmağa sövq edir.

Wieser, bununla birlikdə rəqəmsal mediyanın televiziya reklam bazarındakı pulu çəkdiyini və rəqəmsal marektinqin təkrəqəmli artışlarla böyüdüyünü qəbul edir. Digər tərəfdən, rəqəmsal bazardakı reklamlar daim artmaqda davam edir. Bu da marketinq mütəxəssislərini riskləri minimallaşdırmaq ilə əlaqədar qorxularını yox etmir.

Kiçik tərsliklər böyüyüb, böyük risklər yarada bilir. "YouTube"da verdikləri reklamın baxış sayı yüksək olan pedofil videoların yanında görünməsi riski kimi böyük təhlükələr, nəhəng markaların marketinq komandasını bu gün də aciz vəziyyətdə qoyur.

Wieser də, rəqəmsal marketinqin hələ də e-ticarət şirkətləri ilə kiçik və orta ölçülü marketoloqların yer aldığı bir sahə olub-olmadığının müzakirə edilməsi lazım olduğunu vurğulayır. Televiziya reklamlarına ayrılan büdcədəki azalmanın buna bağlı olmadığını düşünür.

Araşdırma qrupu, televiziya izlənmə sayının azalmasının, reklamverənlər tərəfindən ciddi bir pessimistliyə yol açdığını və bunun yaxın zamanda sona çatmayacağını müdafiə edirlər. Əsasən reklamverənlərin də televiziya reklamları üçün çox xərc çəkmək istəməməsinin əsl səbəbi budur.

Şübhəsiz ki, "Netflix" kimi keyfiyyətli kontent tamaşaçılara verə bilən onlayn televiziya kanalının açılması ənənəvi kanalları fərqli və kəskin rəqabət içinə soxub. Hesabatdan əldə edilən nəticə və statistikalar da bunu sübut edir.

Oxşar xəbərlər