Suyun altında evlilik təklif edib, öldü

Suyun altında evlilik təklif edib, öldü Tanzaniyada sevgilisi Keneşa Antoineyə evlilik təklifi Steven Veberin heyatı bahasına başa gəlib.

Axşam.az xəbər verir ki, amerikalı cütlük su altında inşa edilmiş otaqlardan birində istiraht edirmiş.

Oğlan sevgilisinə evlilik təklifi etmək üçün suya girib. Bu zaman o, plastik şüşənin içərisində olan mətni otağın pəncərəsinə yaxınlaşdırıb. Həmin anı isə Antoine lentə alıb. Lakin gənc suyun altından çıxa bilməyib. Onun nəfəssiz qaldığı bildirilir.

Keneşa həmin videonu sosial şəbəkədə paylaşıb. “Sudan çıxa bilmədin. Buna görə də cavabımı eşitmədin. Hə, hə, milyon dəfə hə deyirəm” deyə yazan qıza minlərlə başsağlığı gəlib.[img=left]http://axsam.az/showpic_el100.jpg?yol=WnQOB6vefbPYT5kRKFP8YHKnLrbpQ8dTmXI1iRqSfUKPgknMjAAvAnZUzFt3rfPqUgbwnC66h6om9ZNktbeS5A==[/img][img=left]http://axsam.az/showpic_el100.jpg?yol=prEOsFjAI3dFDwhsKEKh4bCJLzixvO4UxsngnQoTb/PPUPYbSL9aL541FwNNqI0tkEq4oz5i3rXkK+wX6UXkag==[/img]

Oxşar xəbərlər