Bir çoxları ölkəmizdə dindar insanların sayının daha çox olduğunu düşünür, amma…
Azərbaycan əhalisinin 8 faizi dindardır. Bu barədə açıqlamanı ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov verib. O bildirib ki, Azərbaycandakı dindar əhalinin sayını müəyyən bir qayda üzrə hesablayıblar.
Komitə sədrinin müavininin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban bayramı və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır. Və onların hesablamalarına əsasən, sonuncu Qurban bayramının namazında iştirak edən dindarların sayı təxminən 145-170 min nəfər olub.
Sitat: “Respublikada dindarlıq faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir. ”Din sosiologiyası” adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faiz dərəcəsini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə, təbii ki, təxmini rəqəmdir”.
Qeyd edək ki, son günlər bu açıqlama geniş müzakirələrə səbəb olub. Bir çoxları ölkəmizdə dindar insanların sayının daha çox olduğunu düşünür. Yeri gəlmişkən, Azərbaycanda dindarlığın faizi ilə bağlı rəqəmlər uzun illərdir dəyişmir. Hələ Hidayət Orucov DQİDK sədri olanda ölkəmizdə dindar insanların sayının 8-10 faiz civarında olduğunu bildirmişdi. Ancaq həmin dövrdə bəzi müstəqil mərkəzlərin araşdırmaları daha fərqli nəticələr göstərirdi.
Məsələn, “Gallup” sorğu mərkəzinin 2006, 2007 və 2008-ci illərdə 140-dan çox ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanda isə rəyi soruşulanların 21%-i dini həyatının vacib hissəsi saydığını deyib.
Ümumilikdə sorğunun nəticələrinə əsasən, dünya əhalisinin orta hesabla 82%-i dini gündəlik həyatının mühüm hissəsi hesab edir. Sorğu müəllifləri hesab edirlər ki, bəzi keçmiş sovet ölkələrində dindarların azlığının səbəbi dinin uzun illər qadağan olunmasıdır. “Gallup” inkişaf etmiş 27 ölkədə sorğu aparanda məlum olub ki, belə ölkələrdə yaşayanların orta hesabla 38%-i dini həyatın mühüm hissəsi sayır.
Sonrakı illərdə bu göstərici bir qədər də yüksəlib. “Qafqaz Barometri 2013″ sorğusunun nəticələrinə əsasən, 2010-cu ildən 2013-cü ilədək özünü dindar hesab etməyən respondentlərin faiz nisbəti 59%-dən 41%-ə düşüb, özünü dindar hesab edənlərin faizi isə 16%-dən 27%-ə yüksəlib.
2017-ci ildə yenə “Gallup İnternational” Sosioloji Araşdırma və Sorğular Mərkəzi dünya ölkələrində dindarlığın dərəcəsini araşdıran sorğunun nəticələrinə əsasən, Azərbaycanda cəmi 34% özünü dindar hesab edir. 54% isə dindar olmadığını və ya ateist olduğunu bildirib. 12% bu məsələdə cavab verməyə çətinlik çəkdiyini deyib.
Sorğunun nəticələrinə görə, qonşu Türkiyədə 79, İranda 83, Rusiyada 70, Gürcüstan və Ermənistanda isə 93% insan özünü dindar adlandırıb. Qazaxıstanda özünü dindar sayanlar 64, Türkmənistanda 80, Özbəkistanda 51 faiz olub. Xəritədə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Göstəriciyə görə, hətta Fransa kimi ölkədən də öndə gəlir.
Göründüyü kimi, sorğu dövrləri və onu keçirən təşkilatlara görə dindarlıq faizləri dəyişir. Yeri gəlmişkən, rəsmi məlumata əsasən, Azərbaycan əhalisinin 96 faizi özünü müsəlman edənlər, 4 faizi isə digər dinlərin, əsasən xristianlar və yəhudi azlığı təşkil edir. Bundan başqa, müstəqillikdən sonra Azərbaycanda yayılan kiçik protestant icmaları, o cümlədən Bəhailik, Krişna kimi qeyri-müsəlman icmaları da bura daxildir.
Bu cür sorğularda fərqli nəticələrin çıxmasının da bir sıra hallarda obyektiv səbəbləri var. Sosioloji olaraq dindar gündəlik ibadət edən və həyatını dini qaydalara əsasən yaşayan şəxslərə deyilir. DQİDK-nin araşdırması isə daha çox məscidə gedən dindarlar üzərindən aparılıb. Bu isə tam olaraq dəqiq nəticə sayılmaya bilər. Çünki birincisi, Azərbaycanda, o cümlədən paytaxt Bakıda məscidlərin sayı azdır. Rəsmi məlumata görə, ölkədə 2200-dən bir qədər çox məscid olsa da, onun 1500-ə yaxını fəaliyyət göstərir. Xüsusən də böyük şəhərlərdə məscid azlığı var, bu səbəbdən də namaz qılanların yaşadıqları bölgədə məscid olmayanda bir çoxları gedə bilmir. Digər tərəfdən, Azərbaycanda dindarlıq nisbətən yeni olduğu üçün məscid ənənəsi hələ çox dərin oturuşmayıb. Bir çox namaz qılanlar mütəmadi olaraq məscidlərə getmir.
Lakin bütün hallarda ölkədə dindarlığın həddən artıq çox olduğunu düşünmək olmaz. Çünki Azərbaycanda din azadlığının yaşı 30 olmayıb, dindarlıq nisbətən yenidir. Digərə tərəfdən, son illərdə Yaxın Şərqdə baş verən dini şüarlı müharibələr, həmçinin paralel olaraq dini təbliğat fəaliyyətinin 90-cı illərlə müqayisədə zəifləməsi də burda təsirli amildir. Nəticə etibarilə 8 faiz daha aşağı göstərici olmaqla yanaşı, bu rəqəmin daha böyük olması ehtimalı da azdır.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”