Dünyanın ən dindar ölkələri AÇIQLANDI: Azərbaycan NEÇƏNCİDİR? - SİYAHI

Dünyanın ən dindar ölkələri AÇIQLANDI: Azərbaycan NEÇƏNCİDİR? - SİYAHI Barem və WIN/ Gallup International bir çox ölkədə insanların özlərini dindar hesab edib-etməməsi barədə sorğu keçirib. 67 ölkədə 66 mindən çox insan soğruda iştirak edib.

Publika.az həmin sorğunun nəticəsinə əsasən, ən çox və ən az dindar insanlarının yaşadığı ölkələri təqdim edir.

Araşdırmaya görə, dünyanın ən dindar ölkəsi Tailanddır. Belə ki, sorğuda iştirak edənlərin 98 faizi dindar olduğunu, cəmi 1 faiz dindar olmadığını, 1 faiz isə ateist olduğunu deyib.



İkinci yerdə Nigeriya gəlir. Sorğuda iştirak edənlərin 97 faizi dindar olduğunu, 2 faizi dindar olmadığını deyib, 1 faizi isə cavab vermək istəməyib.



Sorğunun nəticələrinə görə üçüncü yerdə Qana durur. Bu ölkədə əhalinin 94 faizi dindar olduğunu, 1 faizi dindar olmadığını bildirib, 5 faizi cavab verməkdən imtina edib.



Dördüncü yerdə Hindistan gəlir. Bu ölkədən sorğuda iştirak edənlərin 94 faizi dindar, 3 faizi dindar olmadığını, 2 faizi ateist olduğunu deyib, 1 faiz cavab verməkdən imtina edib.



Bu sıralamada növbəti yerdə Papua-Yeni Qvineya gəlir. Bu ölkədən də sorğuda iştirak edənlərin 94 faizi dindardır. 5 faiz dindar olmadığını, 1 faiz isə cavab verməkdən imtina edib.



Növbəti yerdə Fildişi Sahilidir. Burada insanların 94 faizi dindar, 6 faizi isə dindar olmadığını deyib.



Dindar əhalisinin sayına görə növbəti yerdə Kosova durur. Burada əhalinin 94 faizi dindardır. 3 faizi dindar deyil, 3 faiz isə ateistdir.



Pakistanda əhalinin 93 faizi dindardır. Bu ölkədə 5 faiz dindar deyil, 1 faiz ateistdir, 1 faiz isə cavab verməkdən imtina edib.



Sıralamada növbəti yerdə Ermənistan durur. Sorğuda iştirak edənlərin 92 faizi dindar olduğunu, 4 faizi dindar olmadığını, 2 faizi ateist olduğunu deyib, 1 faiz isə cavab verməkdən imtina edib.



Onuncu yerdə isə Fici adaları durur. Burada əhalinin 92 faizi dindar, 6 faizi isə dindar olmadığı, 2 faizi isə ateist olduğunu deyib.



67 ölkə arasında Türkiyə 26-cı yerdədir. Burada əhalinin 74 faizi dindar, 12 faizi dindar deyil, 6 faizi ateristdir. 8 faizi isə cavab verməkdən imtina edib.



Bu sorğuya görə, Azərbaycan isə 53-cü yerdədir. Ölkəmizdən sorğuda iştirak edənlərin 35 faizi dindar, 64 faizi dindar olmadığını deyib.



Ən az dindar ölkə isə Çindir. Burada əhalinin cəmi 9 faizi dindardır. 23 faizi dindar olmadığını, 67 faizi ateist olduğunu deyib. Cəmi 1 faiz cavab verməkdən imtina edib.

Oxşar xəbərlər