Venesueladakı sorğunun nəticələri Maduronu məyus etdi

Venesueladakı sorğunun nəticələri Maduronu məyus etdi Venesuelanın “Meganálisis” şirkəti əhali arasında sorğu keçirib.
Gazeta.ru saytının məlumatına görə, sorğunun nəticələrinə əsasən əhalinin 88,9 faizi Nikolas Maduronu prezident postunda görmək istəmədiyini açıqlayıb.

Respondentlərin yalnız 8,8 faizi Maduronun vəzifədə qalmasını məqsədəuyğun saydığını bildirib.

Eyni zamanda məlum olub ki, venesuelalıların 87,5 faizi müxalifət lideri Xuan Quaydonun xarici humanitar yardımı ölkəyə buraxmaq niyyətini dəstəkləyir. Bunun əleyhinə isə əhalinin 9 faizi çıxış edir. (Oxu.az)

Oxşar xəbərlər