Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb

Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti İkinci Çeçen Müharibəsinin fəal iştirakçısı Zəlimxan Xanqoşvilini ölürməkdə şübhəli bilinən killerin fotosunu yayımlayıb. AzEuroNews.com xəbər verir ki, bu 49 yaşlı Vadim Sokolovdur. “Bu killer Berlində Putin üçün öldürdü?” başlıqlı xəbərdə alman qəzeti yazıb ki, 2009-cu il tarixli biometrik olmayan pasportla viza alaraq Almaniyaya gələn killerin yaşayış yeri Sankt-Peterburq göstərilib.
Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb
Qəzet iddia edir ki, əslində bu adda biri Sankt-Peterburq şəhərində yaşamır. Ona verilən pasport və Şengen vizası saxta olub.

“Bild am Sonntag” ın danışdığı xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, qətldə şübhəli bilinən V.Sokolov Almaniyaya yalnız Z.Xanqoşvilini öldürmək üçün gəlib.

Eyni zamanda killerin Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı olan Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление – ГРУ) ilə əlaqəsi istisna edilmir.

Zəlimxan Xanqoşvili kimdir?

Azərbaycanın “Yeni Müsavat” qəzeti yazır ki, Zəlimxan Xanqoşvili Gürcüstanın əsasən çeçenlərin yaşadığı Pankis dərəsində anadan olub. O, müharibədən sonra Rusiya tərəfindən axtarışa verilib. Daha sonra Zəlimxan Xanqoşvili Gürcüstan Daxili İşlər Nazirliyinin Antiterror bölməsinin əməkdaşı vəzifəsində çalışıb.

Hələ 2014-cü ildə Z.Xanqoşvilini Pankisin Duisi kəndində məsciddə partladaraq öldürmək istəyiblər. 2015-ci ildə isə o, Tiflisin mərkəzində yenidən sui-qəsdə məruz qalıb. Silahlı adamlar ona 4 dəfə atəş açıblar. Yalnız xəstəxanaya vaxtında çatdırılması həmin vaxt onu ölümdən qurtarıb. İkinci sui-qəsddən sonra Z.Xanqoşvili Ukraynaya köçüb və burada Rusiyaya qarşı mübarizəsini davam etdirib. Ukraynaya köçən bir sıra Putin rejimi əleyhdarlarının aqibətlərinin acı sonluqla bitməsi onu Almaniyaya köçməyə və burada sığınacaq istəməyə məcbur edib. Son dövrlərdə onun Brandenburq və Berlində yaşadığı bilinirdi.
Almaniya qəzeti Putinə işləməsi ehtimal olunan killerdən yazıb
Xatırladaq ki, Zəlimxan Xanqoşvili bu il avqust ayının 23-də Berlinin Moabit rayonundakı bir parkda başına yaxın məsafədən atəş açılmaqla qətlə yetirilib. Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.

Oxşar xəbərlər