Azərbaycanda fəaliyyət göstərən məşhur turizm şirkətlərindən birinin insanları aldatdığına dair iddia irəli sürülüb.
İddia ilə sosial şəbəkə istifadəçisi Leyla Məmmədli çıxış edib.
Onun sözlərinə görə, “InTravel.Az” saytından Antalyaya tətilə getmək üçün turpaket alıb, lakin hava limanında aldadıldığı məlum olub.
L.Məmmədli deyir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında ona nə biletinin olduğu, nə də adına hotel bron edildiyi bildirilib.
Sosial şəbəkə istifadəçisinin iddiasına görə, 20-dən çox ailə həmin turizm şirkətinin dələduzluğundan əziyyət çəkir.
Şirkətin meneceri Zahir Mahmudov oxu.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını vurğulayıb:
“Şirkətimizin Nərgiz Məmmədova adlı satış meneceri bir müddət əvvəl səhhətində yaranan problemə görə işdən icazə alıb. O, daimi müştərilərin etibarından sui-istifadə edərək onlara saxta sənəd verib, biletlər satıb. Sadəcə, bizim şirkətin deyil, başqa şirkətlərin də adından saxta sənədlər verilib. Nərgiz Məmmədova bu yolla təxminən 20-yə yaxın ailəni aldadıb”.
Z.Mahmudov qeyd edib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Nəsimi Rayon Polis İdarəsindən isə bildirilib ki, hazırda işlə bağlı araşdırma aparılır.