Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı - Yarım milyonluq dələduzluq

Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı - Yarım milyonluq dələduzluq Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

"Report" məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

13.10

"Atena” MMC-dən "Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: "O, "Ketchi” süd məhsulları şirkətinin sahibidir”.

Oxşar xəbərlər