Salahı təhqir edən azarkeşi axtarırlar

Salahı təhqir edən azarkeşi axtarırlar Böyük Britaniya polisi “Everton”un azarkeşlərindən biri haqqında axtarış elan edib.

Liverpul klubunun fanatı şəhərin digər klubu “Liverpul”un futbolçusu Məhəmməd Salahı təhqir etməkdə ittiham olunur.



Bizimyol.info xəbər verir ki, “Everton”un azarkeşi “Twitter” hesabında misirli oyunçuya ünvanlanan irqçi statuslar yazırmış. Bu isə cinayət məsuliyyəti daşıyır.



“Everton” rəhbərliyi dərhal məsələyə reaksiya verib. Polislə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Asayiş keşikçilərinə bütün materiallar təqdim olunub. Polis azarkeşi tapmağa çalışır.



Salah ötən mövsüm “Liverpul”un heyətində 52 oyuna çıxıb. Misirli 27 qol vurub, 12 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər