İngiltərənin “Liverpul” klubunun seneqallı futbolçusu Sadio Mane gələcəyi ilə bağlı qərarını verib.
İspaniyanın “Marca” nəşri xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi onunla maraqlanan “Real”a keçmək istəyir. Manenin Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında oynamaq istədiyi iddia olunub.
Bundan başqa, seneqallı oyunçu İngiltərə təmsilçisindəki karyerasının sona yaxınlaşdığını hesab edir.
Qeyd edək ki, Mane bu mövsüm 38 matçda 20 qol vurub, 4 qolun ötürməsini verib.