Son dövrdə Vəkillər Kollegiyasının yenilənən Rəyasət Heyəti tərəfindən atılan addımlar, verilən qərarlar ictimai müzakirələrə səbəb olur. Bəzən də elə VK üzvləri tərəfindən kəskin tənqidlərə məruz qalır. Bu dəfə isə fərdi fəaliyyət göstərən vəkillərin məcburi olaraq bürolara üzv edilməsi onların etirazı ilə qarşılanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ilk məlumatı vəkil Elçin Sadıqov yayıb. O bildirib ki, Rəyasət Heyətinin iclasına çağırılaraq ona Göygöl rayonunda qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində fəaliyyət göstərməsi irad tutulub: “Mənim Göygöl rayonunda ofisim var, daimi fəaliyyət göstərir və apardığım işlərin yarıdan çoxu Göygöl və ətraf rayonların sakinlərinin işləridir. Bundan başqa qanunla bu qadağan olunmayıb. Eyni zamanda bütün dünyada vəkillərin əksəriyyəti fərdi fəaliyyət göstərirlər.
Elçin Sadıqov
Sonra mənə dedilər ki, 2018-ci ilədək 2 faizlik sığorta fonduna ödənilməli pulu ödəməmişəm. Bu iradı qəbul etdim, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq hamısını hesablayıb VK-ə ödəyəcəyimi bildirdim.
Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında AR Qanununun 5-ci maddəsinin V hissəsinə əsasən Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.
Lakin, mənim razılığım olmadan qanunsuz olaraq 01 sentyabr 2019-cu il tarixdən keçmiş 01 saylı hüquq məsləhətxanasına, hazırkı Mərkəz Hüquq Bürosuna keçiriləcəyimi bildirdilər. Bunu onunla əsaslandırmağa çalışdılar ki, fərdi vəkilliyi ləğv etməyə çalışırlar.
01 sentyabr 2019-cu il tarixdən qeyri-iş vaxtlarında, qeyri-iş günlərində müqavilə bağlaya bilməyəcəm, əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcəm. Onlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər ki, bu da müdafiə etdiyim aztəminatlı şəxslərin müdafiəsiz qalmasına səbəb olacaq.
Həmçinin 10 iyul 2019-cu il tarixdə başlanılmış intizam icraatına xitam verdilər”.
Aqil Layıcov
Bundan sonra daha bir tanınmış vəkil Aqil Layıcovla bağlı oxşar qərar qəbul edildiyi məlum olub. O bildirib ki, iclasda iştirak etməsə də, ona məlumat vermədən büroya üzv ediblər: “Dünən Vəkillər Kollegiyasının iclasına dəvət olunmuşdum. Üzrlü səbəblərə görə iştirak edə bilmədim. Bu gün eşitdim ki, iradım və xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər. Fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. Fərdi vəkilin digər büroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi. Lakin mənim belə bir xahişim, vəsatətim olmayıb. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur".
Əziz Qənbərov
Vəkil Əziz Qənbərov da bu qərara etiraz edib: “Mən də büroda fəaliyyət göstərən vəkiləm. Ədalət naminə desək order alınmasında heç bir problem yaşamamışam. Ancaq hesab edirəm ki, fərdi vəkillik qanunla nəzərdə tutulduğu halda, vəkilin iradəsinin ziddinə onun büroya keçirilməsi müstəqil Vəkilliyin ruhuna uyğun deyil”.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov ictimai müzakirələrə reaksiya verərək tənqidlərə cavab verib: “Sadəcə qanunu pozmaq lazım deyil, vəssalam. Mənim bildiyim və gördüyüm budur.
Anar Bağırov
Vəkilin müraciətinə əsasən rayonda fərdi fəaliyyət göstərməyə qərarımızla icazə vermişik, vəkil rayonda fəaliyyət göstərmir, ünvan üzrə ofisi mövcud deyil, qanunla ödənilməsi tələb olunan 2% ödəmir, aylarla intizam icraatı aparılır ancaq pozuntuları aradan qaldırmırsa, Rəyasət heyəti nə etməlidir, buna göz yummalıdırmı? Biz nə etdiyimizi və səlahiyyətlərimizi gözəl bilirik. Sadəcə mövzu ətrafında spekulyasiya aparılmasına da imkan verilməyəcək. Qərarımız da tam qanuni və ədalətlidir, üstəgəl də humanistdir. İllərlə maliyyə pozuntusuna yol verən şəxslər isə sağ ol desinlər ki, Rəyasət Heyəti humanistlik göstərdi, bu dəfə tənbeh olmayan xəbərdalıq etdi. Hər kəs, kimliyindən asılı olmayaraq, bilməlidir ki, qanun pozuntusuna göz yummayacağıq, çox bəsit. Vəkil Elçin Sadıqov isə bu gün maliyyə pozuntusunu aradan qaldırmaq üçün ödəməli olduğu vəsaiti ödəməklə gec də olsa doğru addım atıb, təqdirəlayiqdir”.
Elçin Sadıqov sonradan əlavə edib ki, Anar Bağırovla görüşərək səmimi söhbət edib: “Yenidən fərdi və ya büro təsis edərək fəaliyyət göstərməyimin mümkünlüyü ilə bağlı perspektivləri müzakirə etdik, mümkündür. Müsbət nəticələr əldə edəcəyik”.