Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilir.
"AZTB.info"ın “Report”a istinadən xəbərinə görə, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edir.
Əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.
Daha sonra VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.
***
Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.
"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edir. Bu gün konfransda kollegiyaya yeni sədr seçiləcəyi gözlənilir.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Hazırda sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.