"Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm".
AZTB.info APA-ya istinadən məlumat verir ki, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.
A. Bağırov deyib ki, məhkəmə prosesində prokuror və hakimlər yüksək savada malik olur: "Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".
A. Bağırov vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasına tərəfdar olduğunu da vurğulayıb: "Hazırda vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunur. Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur. Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik".