Azərbaycan banklarında kredit müqavilələri elə tərtib edilir ki, müştərilər onu oxumaqda və başa düşməkdə çətinlik çəkirlər. Nəticədə kredit müqavilələrinin əksəriyyəti heç vaxt oxunmur
Bu barədə Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev açıqlama verib. Vəkilin sözlərinə görə, kredit müqaviləsinin şərtləri aydın və sadə şəkildə yazılmalıdır ki, kredit götürən şəxs özünün öhdəliklərini tam dərk edə bilsin.
"Təəssüflər olsun ki, əksər kredit müqavilələri həm xırda hərflərlə yazılır, həm də qəliz hüquqi terminlərdən ibarət olur. Hüquqi müəyyənlik prinsipi baxımından, banklar bu cür hallara yol verməməlidirlər"-deyə A.Abdullayev bildirir. Onun sözlərinə görə, əksər vətəndaşlar, qəliz hüquqi terminləri nəin ki anlaya bilmirlər, hətta xırda hərflərlə yazıldığı üçün müqaviləni oxumaqda da çətinlik çəkirlər.
Vəkilin sözlərindən məlum olur ki, banklar müştərinin vaxtlığının azlığından sui-istifadə edirlər: "Bankdan kredit götürmə prosesi üçün kifayət qədər vaxt tələb olunur. Kredit götürən şəxs ya işdən icazə alıb gəlir, ya da digər vacib işlərini təxirə salaraq banka gəlir. Kifayət qədər vaxt itirən şəxsin xırda hərflərlə yazılmış və anlaşılmayan terminlərlə tərtib edilmiş müqaviləni oxuma imkanı təbii ki çox aşağıdır. Kredit götürən şəxslərin əksəriyyəti müqaviləni bu səbəblərdən oxumurlar və müqavilə şərtlərini bankın vicdanına buraxırlar".
Halbuki, ölkə qanunvericiliyi kredit müqaviləsinin anlaqlı surətdə tərtib edilməsini tələb edir: "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi oxşar məsələyə münasibət bildirərəkən öz qərarında qeyd edib ki, tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun".