İranın Qərbi-Azərbaycan əyalətinin Türkiyə ilə sərhəd zolağında yerləşən Çaldıran rayonu ərazisində bir terror qrupu hücuma keçib. Ölən və yaralananlar var.
SalamNews xəbər verir ki, ötən gün Çaldıran sərhəd bölgəsində bir terror qrupunun hücumu nəticəsində iki İran sərhədçisi həlak olub.
Məlumata görə terror qrupu da itkilər verdikdən sonra silahlarını ataraq geri çəkilib.
Terror qrupundan müxtəlif növ silah sursat və rabitə cihazları götürülüb.
Bu hücumun PJAK tərəfindən həyata keçirildiyini ehtimal edilir.
İran təhlükəsizlik mənbələri bölgədə PJAK-dan əlavə İŞİD-in də ara-sıra hücumlar həyata keçirdiyini bildirir.