Tikrit şəhəri yaxınlığında, Həjjaj kəndində keçirilən toy zamanı özünə bomba bağlayan terrorçu özünü partladıb. “Canlı bomba”nın partlaması nəticəsində 23 nəfər ölüb, çoxlu sayda insan ağır yaralanıb. Terror zamanı bəylə gəlin də bombanın qurbanı olublar.
Ehtimal olunur ki, terror aktını törədən “canlı bomba” İŞİD terror təşkilatının kamikadzelərindən olub. Çünki bu hadisə artıq son neçə gündə dəfələrlə təkrarlanır. Təkcə bu ilin 2 ayı ərzində İŞİD İraqda 100-dən çox terror aktını törədib.
Qeyd edək ki, 2014-cü ildə İŞİD terror təşkilatı Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirib, əl-Anbar və Fəllucanı mühasirəyə alıb. Elə həmin ildə İŞİD terror təşkilatı Fəllucədə özünü dövlət kimi elan edib. 2014-cü ilin ortalarından başlayaraq Hələbdə Azad Suriya Ordusu İŞİD-ə qarşı birlikdə bir hücum başlayıb.