Qızmar yay mövsümündə əksəriyyət bölgələrə, dağlıq, meşəliklərə, dənizə və yaxud pikniklərə üz tutur. Bu halda həşərat, xüsusən də gənə, əqrəb, ilan sancması təhlükəsi yaranır. Bəs istirahət zamanı neqativ halla üzləşməmək üçün nə etmək lazımdır?
İlk öncə əqrəbdən başlayaq. Məlum olduğu kimi, hər il yay mövsümündə əqrəblər aktivləşir. Xüsusən də Bakı kəndlərində, Qobustan qəsəbəsində, Hacıqabul, Şirvan, Şəki və Qəbələ bölgələrində müşahidə olunan bu aktivlik təxminən martın ayının sonlarından başlayaraq, noyabr ayınadək davam edir. Ehtiyatsızlıq, bəzən də təsadüfi hallar nəticəsində insanlar bu cür sürünən və ya zəhərli həşəratların hücumlarına məruz qalır. Çox təəssüf ki, bəzi hallarda bu cür olaylar faciə ilə nəticələnir.
Mütəxəssislər bildirir ki, açıq havada istirahət edilərsə, mütləq şəkildə paltar və ayaqqabıları, çadırdakı yataq dəstini nəzarətdə saxlamaq, vaxtaşırı onları çırpmaq lazımdır. Qumsallıqda ayaqyalın gəzməkdən çəkinmək lazımdır. Çünki əqrəblər adətən qumun üst qatında gizlənir.
Eləcə də zəhərli ilanlar bu mövsümdə çox təhlükəli olur. Ümumiyyətlə, Azərbaycanda 28 ilan növü var ki, onların da yalnız 7 növü zəhərlidir. Zəhərli ilanların isə hamısı gürzə növünə aiddir. Ekspertlər qeyd edir ki, onların zəhəri olduqca təhlükəlidir. Bu növ ilanları vurduğu yaradan müəyyən etmək olur. Məsələn, əgər ilan vuran yerdə iki deşik varsa, deməli, zəhərli ilan sancıb. Çünki zəhərli ilanlarda iki zəhər dişi olur. Digər ilanların sancdığı yerdə iki diş izi olmur. Məhz bunun vasitəsi ilə insanı zəhərli və ya zəhərsiz ilan sancdığı müəyyən edilir.
Mütəxəssislərə görə, meşəyə gedərkən uzun şalvar geyinməli, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmədən istifadə etmək lazımdır. Çünki ilanlar bu materialları dişləyə bilmir. Rast gəlinən yuva, hündür otluq və aşmış ağaclardan uzaq durmaq lazımdır. Gedərkən yolu açmaq üçün sıx otluğa əl salmaq olmaz. Bunun üçün mütləq əl ağacından istifadə etmək lazımdır. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər meşədə gecələmək planı olarsa, əvvəlcədən toplanan çırpıdan ocaq qalanmalıdır. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda isə dayanmaq, geriyə çevrilmədən yavaşca uzaqlaşmaq, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməmək lazımdır. Unutmaq olmaz ki, ilan və əqrəb ona toxunmadıqca, insanı sancmır.
Xəbərdarlıqlardan biri də budur ki, ölmüş bilinən ilana belə yaxınlaşmaq olmaz. Çünki bəzən sürünənlər özünü ölmüş kimi göstərə bilir. Zəhərli ilanı zərərsizdən seçmək lazımdır. Belə ki, adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fısıltı və şaqqıltı səslər çıxarır.
Unutmaq olmaz ki, indiki mövsümdə təkcə ilan, əqrəb sancmaları deyil, həm də arı sancmaları da olur. Hətta arı sancmaları bəzən faciəyə səbəb olur.
Bəs həşərat sancmaları zamanı öncə nə etməliyik?
Arı sancması zamanı – ilk öncə yaralı yer yuyulur. Dərinin üzərindən görülürsə, arının iynəsi çıxarılır, həmin yerə soyuq bir şey qoyulur (Ammonyak və s. istifadə edilməməlidir).
Əqrəb sancması zamanı da yaralı yerə buzlu su qoyulur. Buz tətbiq edilməsi həm şişməsinə mane olur, həm damarlarda büzüşmə getdiyi üçün zəhərin qana keçməsini ləngidir, həm də ağrını azaltmağa kömək edir. Daha sonra həmin nahiyə bol sabunlu su ilə yuyulur, yerin dörd barmaq yuxarı hissəsinə qan dövranına mane olmayacaq şəkildə bint sarınır (Turniket tətbiq olunmamalıdır). Unutmaq olmaz, yaranın kəsmək, sormaq olmaz.
İlan sancması zamanı isə həmin şəxsi dərhal təhlükəsiz yerə aparıb, sancmanın olduğu bölgədəki sıx geyimlər və aksessuarları çıxarılmalıdır. Yara soyuq su ilə yuyulmalı və ora soyuq bir şey qoyulmalıdır. Zəhərin hərəkətini zəiflətmək üçün, sancılan yerdən təxminən 7 sm yuxarısını elastik sarğı bezi ilə sarıyın. Bez sıx olmamalıdır. Sarğı arasına bir barmaq girəcək qədər elastik olmalıdır və lentin altında xəstənin nəbzi hiss edilməlidir. Bağlamaq üçün elastik bir bint və ya bez parçası istifadə edilə bilər. İlan sancması zamanı da qətiyyən yaranı kəsmək və sormaq olmaz. İlk yardım göstərdikdən sonra mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Dəniz canlılarının sancması zamanı isə şişən hissəni ovmaq tövsiyə olunur. Dəniz canlıların zəhərləri istiliyə qarşı dözümsüz olduğu üçün, yaralı bölgəyə isti tətbiq edilməlidir.